Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri Rövşən Nəcəf vəzifəsindən azad edilib.

Unikal.org İndex-a istinadən xəbər verir ki,  Rövşən Nəcəfin adı "Struktur" bölməsindən çıxırılıb.

Xatırladaq ki, Rövşən Nəcəf ölkə başçısının sərəncamına əsasən ötən ilin may ayında Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinə müdir təyin edilmişdi. Bu təyinatadək o "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru olaraq işləyib.