Qaxda 88 yaşlı kişi itkin düşüb.

Unikal.org reprat-a istinadən xəbər verir ki, rayonun Ləkit kənd sakini, 1931-ci il təvəllüdlü Aslan Nuru oğlu Ağamalıyev sentyabrın 1-i səhər saatlarında zəmbil götürərək fındıq yığmağa gedib və indiyə kimi geri qayıtmayıb.

Həmin gündən itkin düşən şəxs kənd sakinləri tərəfindən axtarılsa da hələ də tapılmayıb. 

Yaxınları A.Ağamalıyevin itkin düşməsi barədə Qax rayon Polis Şöbəsinə və aidiyyatı qurumlara məlumat veriblər.