Portuqaliyanın Figueira şəhərində təşkil olunan Avropa Çimərlik Futbolu Liqasının Super final mərhələsinə start verilib.

Unikal.org xəbər verir ki, Azərbaycan yığması həlledici mərhələyə uğursuz başlayıb.

Komanda ilk turda Estoniya yığması ilə qarşılaşıb. Milli əlavə vaxtda məğlub olub - 3:4.

Azərbaycan komandasında Vaqif Şirinbəyov, Elçin Qasımov və Renat Sultanov fərqlənib.

Qeyd edək ki, milli sabah Rumıniya yığması ilə qarşılaşacaq.