Ötən il məişət zorakılığı cinayətlərinin böyük əksəriyyətində zərər çəkənlər yenə qadınlar olub. 234 uşaq isə bu cinayətlər nəticəsində xəsarət alıb.

Unikal.org xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də məsələyə münasibət bildirib.

2018-ci ildə Azərbaycanda 1175 məişət zorakılığı cinayəti baş verib. Bu cinayətlər nəticəsində isə nəticəsində isə 1 221 nəfər zərər çəkib. Bu ötən il məişət zorakılığı ilə bağlı Azərbaycandakı vəziyyətə dair rəqəmlərdə öz əksini tapıb.

Zərərçəkənlərin böyük əksəriyyəti isə qadın olub. Belə ki, 1221 nəfər zərəçəkənin 915-i qadın olub ki, onların da 9-u 18 yaşadək qızlardır. Ötən il məişət zorakılığı cinayətləri nəticəsində 56 nəfər qəsdən öldürülüb. Həmin şəxslərin arasında yenə 42 nəfərlə qadınlar çoxluq təşkil edir. Bununla yanaşı, belə cinayətlər zamanı 26-sı qadın olmaqla, 30 nəfəri öldürməyə cəhd göstərilib. Ailə Qadın Uşaq problemləri üzrə dövlət komitəsinin şöbə müdirinin müavini Seymur Məmmədov bildirir ki, qadınların məişət zorakılığında üstünlük təşkil etməsinin bir sıra səbəbləri var.

Məişət zorakılığı cinayətləri nəticəsində sağlamlığına qəsdən zərər vurulan 947 nəfərdən 729-u yenə qadın olub. Təəssüf doğuran məqamlardan biri isə məişət zorakılığı cinayətlərində 234 uşağın xəsarət almasıdır. Komitə nümayəndəsi bildirir ki, valideynlər uşaqlarla davranışa xüsusi diqqətlə yanaşmalıdırlar.

Ümumilikdə isə ötən il törədilən cinayətlər nəticəsində 1 226 nəfər ölüb ki, onların da 895-i kişi, 331-i qadın olub. Ölənlərin 87-si uşaq olub.