Türkiyə millisinin futbolçusu Cengiz Ünder yığmanın heyətindən kənarlaşdırılıb.

Unikal.org Türkiyə Futbol Federiyasının saytına istinadən xəbər verir ki, buna "Roma"nın yarımmüdafiəçisinin məşq zamanı zədələnməsi səbəb olub.

Qeyd edək ki, Türkiyə yığması Avro-2020-nin seçmə mərhələsində sentyabrın 7-i evdə Andorra, 3 gün sonra isə səfərdə Moldova ilə qarşılaşacaq.