20 Sentyabr 2019
19 Sentyabr 2019
Prezident onu təbrik etdi
Prezident onu təbrik etdi SİYASƏT 17:56 2019-09-06

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Jair Bolsonaruya məktub ünvanlayıb.

Uniakl.org xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Braziliyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Braziliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Braziliya xalqına daim sülh və rifah diləyirəm".