Avro 2020 seçmə mərhələ çərçivəsində keçirilən Uels - Azərbaycan oyununun heyətləri açıqlanıb.

Unikal.org xəbər verir ki,  bu gün Kardiff şəhər stadionunda üz-üzə gələcək komandalar matçda iştirak edəcək futbolçuları müəyyənləşdiriblər. 

Məşqçilər korpusu ilk “11-lik”lərini və ehtiyatda qalacaq futbolçuları oyunun protokoluna daxil ediblər. Bu, millimizin baş məşqçi Nikola Yurçeviçin yetirmələrinin seçmə mərhələdə 4-cü matçı olacaq.

Xorvatiyalı mütəxəssis və onun uelsli həmkarı Rayan Giqqz E qrupunun V turunun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq matçında heyətə aşağıdakı futbolçuları daxil ediblər.