İstanbulun Fatih şəhərində Milliyətçi Hərəkat Partiyasının (MHP) yerləşdiyi binada azərbaycanlı gənci tok vuraraq öldürüb.

Unikal.org xəbər verir ki, hadisə türkiyə vaxtı ilə dünən saat 14.00 radələrində baş verib. Belə ki,  5 mərtəbəli binanın girişində fiber-optik xətti çəkərkən 22 yaşlı azərbaycanlı Rufat Fahradovu tok vuraraq öldürüb.

R.Fahradovu tok vurduqdan sonra MHP-nin plakatının üzərinə düşüb. 

Hadisə yerinə gələn polis və təcili tibbi yardım briqadasanın həkimləri onun cəsədini hadisə yerindən çıxarıb, morqa aparıblar.

22 yaşlı Rufatın ölümündən xəbərdar olan anası hadisə yerinə gəlib. O, hadisə yerindəcə iifarkt keçirib.

İddiaya görə, mərhum "Türk Telekoma" məxsus şirkətdə işləyirmiş.