27 yaşındakı Amerikalı müğənni, söz yazarı Demi Lovato, Instagram səhifəsində ayaq dərisində portağal qabığına bənzəyən qırışlar və çuxurlar şəklində əmələ gələn selülitli görüntüsünü paylaşıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, müğənni görüntüsünü paylaşaraq bu sözləri yazıb:

"Bu mənim ən böyük qorxumdur. Budur, üzərində işləmədiyim bir fotoşəkilim. Selülit. Bədənimdə olan xoşagəlməz görüntünü utanmaqla, fotoşop etməkdən bezdim. Bəli, bütün şəkillərim əvvəl fotoşop edilmişdi. Buna nifrət edirəm. Amma bu həqiqətdir".