20 Sentyabr 2019
19 Sentyabr 2019
Komitə sədri baş idarələrdə mövcud vəziyyətlə tanış oldu - FOTOLAR
Komitə sədri baş idarələrdə mövcud vəziyyətlə tanış oldu -FOTOLAR İQTİSADİYYAT 15:44 2019-09-07

Sentyabrın 7-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və aidiyyəti strukturların rəhbərləri Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi və Bakı Baş Gömrük İdarəsində mövcud vəziyyətlə tanış olublar və hər iki qurumda xidməti müşavirə keçirilib.

Unikal.org xəbər verir ki, komitə sədri idarələrdə gömrük işinin təşkili prosesini müşahidə edib, gömrük əməkdaşlarına müvafiq tapşırıqlarını verib, sahibkarlarla görüşərək onların fikirlərini, xidmətin təşkili barədə təklif və rəylərini dinləyib.

Hər iki qurumda keçirilən xidməti müşavirələrdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Prezident İlham Əliyevin gömrük sistemində həyata keçirdiyi islahatlar, bu islahatların beynəlxalq ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, vətəndaş məmnuniyyətinin və şəffaflığın təmin olunmasında mühüm rolundan bəhs edib.

Gömrük sistemində son dövrlərdə mühüm nailiyyətlər əldə edildiyini bildirən Səfər Mehdiyev hələ də bəzi nöqsanların olduğunu diqqətə çatdırıb və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.


  • Komitə sədri baş idarələrdə mövcud vəziyyətlə tanış oldu -FOTOLAR
  • Komitə sədri baş idarələrdə mövcud vəziyyətlə tanış oldu -FOTOLAR
  • Komitə sədri baş idarələrdə mövcud vəziyyətlə tanış oldu -FOTOLAR
  • Komitə sədri baş idarələrdə mövcud vəziyyətlə tanış oldu -FOTOLAR