Bu gün günorta saatlarında Neftçala rayonunun ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Virtualaz.org-a istinadən məlumatına görə, Neftçala-Xolqarabucaq yolunda “Mercedes” və “Lexsus” markalı minik maşınları qarşı-qarşıya toqquşub. Hadisə nəticəsində “Lexsus”un Neftçala rayonunun Xolqarabucaq kəndinin sakini olan sürücüsü və sərnişini-həyat yoldaşı, eləcə də “Mercedes” də olan 3 yaşlı uşaq həlak olublar.

Hadisə nəticəsində “Lexsus”un əslən Neftçala rayonunun Xolqarabucaq kəndindən olan, hazırda Bakı şəhərində yaşayan 1961-cu il təvəllüdlü sürücüsü Xanlar Ayaz oğlu Xankişiyev və onun 1962-ci ildə anadan olmuş həyat yoldaşı Mərviyyə Qurban qızı Xankişiyeva, “Mercedes-C”nin sürücüsü, Neftçala rayonunun Xolqarabucaq kənd sakini Habil Əbülfət oğlu Həşimovun bacısı qızı, 2017-ci ildə anadan olmuş Humay Elçin qızı Ələkbərova dünyalarını dəyişib.

Qəzada xəsarət alan sürücü Habil Həşimov və daha 2 nəfər də Neftçala Rayon Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisənin yüksək sürətlə hərəkətdə olan “Mercedes-C”nin qabaq təkərinin qəfildən partlaması nəticəsində idarəetməni itirdiyindən baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.