Azərbaycanda çalışan tanınmış iranlı həkim dünyasını dəyişib.

Unikal.org-un əldə etdiyi məlumata görə,”MedEra” Hospitalın iranlı stamotoloqu  Ehsan Hefzolessan işgüzar səfərdə olduğu Türkiyədə dünyasını dəyişib.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Medera Hospitalın Icraçı direktoru Dr. Lalə Babayeva xəbəri təsdiqləyib:

“ O, Türkiyəyə kursa getmişdi. Dünən səhər qayıdacaqdı. Səhər saatlarında bizə zəng gəldi. Ehsan bəy gecə yatıb, səhər oyanmayıb. Sağlam idi, nədən öldüyünü biz də dəqiq bilmirik". 

Famil Fərhadoğlu