Bu gün səhər saatlarında Sabirabad rayonunda bədbəxt hadisə baş verib.

Unikal.org apa-ya istinadən xəbərverir ki, rayonun Qarağac kənd sakini, 1992-ci il təvəllüdlü Səfərov Səfər Balayar oğlu fərdi evində su aparatının mühərrikini təmir edərkən onu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, S. Səfərovun 3 övladı var.