Leyla Əliyeva yenidən RAGT-nin sədri seçilib
Leyla Əliyeva yenidən RAGT-nin sədri seçilib

Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) dördüncü hesabat-seçki konfransı keçirilib. Konfransda RAGT-nin Moskva və regional bölmələrinin 104 nümayəndəsi iştirak edib. RAGT-nin idarə heyətinin üzvü Emin Hacıyev hesabat dövründə bu təşkilatın fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib.
O, təşkilatın sədri Leyla Əliyeva tərəfindən qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi və uğurla həyata keçirilən layihələr barədə məlumat verərək qeyd edib ki, bu gün RAGT sıx birləşib, Rusiyanın və Azərbaycan gənclər təşkilatları arasında öz layiqli yerini tutan Azərbaycanı və Rusiyanı qarşılıqlı anlaşmaya və qarşılıqlı etimada əsaslanan çoxəsrlik dostluğun birləşdirir. Sonra konfrans iştirakçıları təşkilati məsələləri nəzərdən keçirib, nəzarət-təftiş komissiyasının məruzəsini dinləyiblər. Leyla Əliyeva yenidən yekdilliklə RAGT-nin sədri seçilib. Görüşdə iki ölkənin 40-dan çox təşkilatının nümayəndələri, o cümlədən Azərbaycandan "İrəli" ictimai birliyinin nümayəndələri, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Tələbə Gənclər Təşkilatları İttifaqının, "Böyük İpək Yolu" beynəlxalq gənclər ittifaqının nümayəndələri, Milli Məclisin gənc deputatları Fuad Muradov və Ceyhun Osmanlı, Rusiyadan "Sodrujestvo" Beynəlxalq Gənclər Təşkilatının idarə heyətinin sədri Marina Filaretova, Rusiya Uşaq və Gənclər Birlikləri Milli Şurasının sədri Vladimir Xarçenko, Federasiya Şurasının sosial siyasət komitəsinin və digər təşkilatların nümayəndələri iştirak edib. Azərbaycan və Rusiya gənclərinin gələcək müştərək layihələri haqqında geniş fikir mübadiləsi aparılıb.