Şamaxı rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər  verir ki, hadisə bu gün saat 14:30 radələrində Şamaxı-Pirqulu yolunda qeydə alınıb.

"VAZ 2107" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.