Bakı-Quba avtomobil yolunun Zarat postu yaxınlığından keçən hissəsində yol-nəqliyyat  hadisəsi  baş verib.

Unikal.org-un məlumatına  görə, "Lada Priora" marakalı minik vasitəsinin sürücüsü idarəetməni itirərək avtomobili yol kənarına aşırıb. Qəza nəticəsində  xəsarət alanların olduğu bildirilir. Əraziyə  təcili tibbi yardım maşını və  yol polisi əməkdaşları cəlb olunub. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya aparılıb. Bir müddət yolda  sıxlıq  müşahidə olunub və yol  polisinin müdaxiləsindən sonra  nəqliyyat vasitələrinin hərəkəti  bərpa olunub.

Faktla  bağlı araşdırma  aparılır.