Qadın voleybolçular arasında Avropa çempionatının final matçı keçirilib.

Unikal.org xəbər verir ki, həlledici oyunda Serbiya və Türkiyə milliləri üz-üzə gəlib.

Matç serbiyalıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Serbiya millisi ardıcıl ikinci dəfə Avropa çempionu adına yiyələnib. Türkiyə millisi isə 16 illik fasilədən sonra keçirdiyi ikinci final görüşündə gümüş medallara sahib çıxıb.