22 Sentyabr 2019
21 Sentyabr 2019
Bakıda sevgilisini öldürdü, intihara cəhd etdi - MƏHKƏMƏ
Bakıda sevgilisini öldürdü, intihara cəhd etdi -MƏHKƏMƏ KRİMİNAL 11:57 2019-09-09

Bakıda üç uşaq anasını qətlə yetirməkdə təqsirləndirilən 1982-ci il təvəllüdlü Fərhad Abuşovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

Unikal.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası sentyabrın 16-na təyin edilib. 

İttiham aktına əsasən, hadisə bu il iyunun 8-də, Səbail rayonunun Bayıl qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Kəmalə Mikayılova qəsəbənin Arif İsmayılov küçəsində bıçaqlanıb, o, sürünərək qonşunun həyətinə keçib və orada vəfat edib.

Müəyyən edilib ki, Kəmalə Mikayılova sevgilisi tərəfindən öldürülüb.

Məlumata görə, qadının Rusiyada işləyən əri iyunun 7-də Bakıya qayıdacaqmış. Bu səbəbdən Kəmalə və sevgilisi F.Abuşov evdə mübahisə ediblər. Daha sonra K.Mikayılova küçəyə çıxaraq gedib. F.Abuşov bıçaq götürərək onun arxasınca gəlib və küçədə ona bir neçə bıçaq zərbəsi vurub.

F.Abuşov daha sonra yaxınlıqdakı Neftçi Qurban küçəsində tikilən hündürmərtəbəli binanın həyətində yerləşən kranın üstünə çıxaraq özünü öldürmək istəyib. Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətdən sonra o, intihar etmək fikrindən daşınıb və yerə düşüb.

F.Abuşov saxlanılaraq 8-ci polis bölməsinə aparılıb.

İstintaq orqanı tərəfindən Fərhad Abuşovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Ali Osmanov