Bakıda kişi qadınlara qarşı hədə-qorxu gələrək pul alıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri - R.Babaşova və Ö.Bağırova hədə-qorxu gəlib onlardan pul almaqda şübhəli bilinən Ağdam rayon sakini K.Baxşıyev saxlanılıb.