22 Sentyabr 2019
21 Sentyabr 2019
Vətəndaşları intim videolarla şantaj edən "Xalq ulduzu"na HÖKM OXUNDU (FOTO)
Vətəndaşları intim videolarla şantaj edən"Xalq ulduzu"na HÖKM OXUNDU (FOTO) KRİMİNAL 15:31 2019-09-09

Bakı Ağır Cinayətlər Məhkəməsində şantaj edərək hədə-qorxu ilə tələb etməkdə və dələduzluqda təqsirləndirilən Məmmədov Səfa Şəfa oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org "Ölkə.Az"a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə  Səfa Məmmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Səfa Məmmədov qeyd edilən əməli G.Qasımovaya qarşı törədib. İlkin məlumata görə Məmmədov zərərçəkmişi əlində olan videogörüntülərlə şantaj edərək pul tələb edib.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) və 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Səfa Məmmədov müğənni kimi fəaliyyət göstərib. O, daha əvvəl də eyni əmələ görə cinayət məsuliyyətinə cəlb edilərək məhkumluq həyatı yaşayıb.


  • Vətəndaşları intim videolarla şantaj edən"Xalq ulduzu"na HÖKM OXUNDU (FOTO)