Millimiz bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Unikal.org xəbər verir ki, yığmamız 6-cı turda "Bakcell Arena"da Xorvatiya millisini qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Bu komandamızın ilk xalı olub.

E qrupunun digər görüşündə Slovakiya Macarıstanın qonağı olacaq.

Qeyd edək ki, millimiz bundan əvvəl keçirdiyi 4 oyununun hamısında uduzub.