Azərbaycan Prezidenti İlham Əliyev Giorgi Qaxariyanı Gürcüstanın Baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

Unikal.org xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Baş nazir,

Gürcüstanın Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir. İnanıram ki, bu xoş ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz və strateji tərəfdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".