20 Noyabr 2019
"Meşə qardaşları"nın həbsdə olan üzvünün cəzası azaldıldı
"Meşə qardaşları"nın həbsdə olan üzvünün cəzası azaldıldı KRİMİNAL 10:27 2019-09-10

Qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilən Əhməd Məhərrəmovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb. 

Unikal.org xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, Ə.Məhərrəmovun apellyasiya şikayəti qism təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. 

Belə ki, onun 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 il 6 aya endirilib. 

Qeyd edək ki, Ə.Məhərrəmov Azərbaycanda fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmə olan "Meşə Qardaşları"nın üzvü olub.

O, istintaqdan uzun müddət gizlənib və barəsində axtarış elan edilib. Ə.Məhərrəmov bu il saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Məhərrəmov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Əli Osmanov