Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə sentyabrın 10-11-də Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 75-208 kilometrliyində (Bakı şəhəri istiqamətində), həmçinin Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri davam etdiriləcək.

Bu barədə Unikal.org-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) xəbər verilib.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Yarana biləcək qısa müddətlik narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir