22 Sentyabr 2019
21 Sentyabr 2019
AFFA heç-heçəyə görə milliyə pul mükafatı verəcək
AFFA heç-heçəyə görə milliyə pul mükafatı verəcək İDMAN 16:38 2019-09-10

Xəbər verdiyimiz kimi, millimiz dünən Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. Yığmamız 6-cı turda "Bakcell Arena"da Xorvatiya millisini qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb.

Dünənki nəticəyə görə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) milli komandanın üzvlərini mükafatlandıracaq. 

Bu barədə Unikal.org-a AFFA-nın mətbuat xidmətinin rəhbəri  Firuz Abdulla məlumat verib. Qurum rəsmisi məbləği açıqlamasa da futbolçuların pulla mükafatlandırılacaqlarını bildirib:  
" Xorvatiya ilə heç-heçəyə futbolçulara mükafat veriləcək. Çünki bu, sistemli məsələdir, oyunun statusundan asılı olmayaraq, heç-heçə və qələbə üçün mükafat verilir. Ancaq məbləğ barədə açıqlama verilmir”.