Bir qədər əvvəl Heydər Əliyev prospekti hava limanı avtomagistralında yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Unikal.org-a bildirb ki, qəza nəticəsində minik avtomobili eləcə də, 131 və 198 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkətdə olan avtobuslar toqquşub. Qəza ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırma aparılır.