Bakı-Sumqayıt yolunda “avtoş”luq edən sürücü qəza törədib.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, sentyabrın 5-də, saat 16:32-də Bakı-Sumqayıt yolunda yüksək sürətlə hərəkət edən “Opel” markalı avtomobilin sürücüsü təhlükəli manevrlər edib.

Yolda bir neçə avtomobili ötən sürücü yük maşınını keçib, lakin sürücü idarəetməni itirib və evakuator maşınına çırpılıb.

Baş verən hadisənin görüntülərini təqdim edirik.