Türkiyənin Bitlis vilayətinin Hizan rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, qəza  rayonunı Kalkanlı kəndi yaxınlığında baş verib.

Eyüphan T. idarəsində olan 65 AZ 282 nömrəli mikroavtobus, idarədən çıxaraq yol kənarındakı dəmir bardura çırpılıb və dərəyə aşıb. Nəticədə 10 nəfər dəhşətli qəzada ölüb, 8 nəfər yaralanıb.

Yaralılar hadisə yerinə çağırılan təcili yardım maşını ilə Hizan Dövlət Xəstəxanasına aparılıb.