15 Oktyabr 2019
14 Oktyabr 2019
Nazirlik şəhidlərin məktəbli övladlarını ziyarət etdi - FOTO
Nazirlik şəhidlərin məktəbli övladlarını ziyarət etdi- FOTO CƏMİYYƏT 15:23 2019-09-11

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələri Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsini yad ediblər.

Unikal.org xəbər verir ki, Bakıda yaşayan şəhid ailələri ziyarət edilərək, şəhidlərin məktəbli övladlarına məktəbli çantası və dərs ləvazimatları hədiyyə olunub.  

Nazirliyin və İctimai Birliyin nümayəndələri məktəbliləri qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edib, onlara dərslərində uğurlar diləyiblər.

Şəhid ailələri göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, bölgələrdə yaşayan şəhid övladlarına isə hədiyyələr “Azərpoçt” MMC tərəfindən çatdırılıb. 


  • Nazirlik şəhidlərin məktəbli övladlarını ziyarət etdi- FOTO
  • Nazirlik şəhidlərin məktəbli övladlarını ziyarət etdi- FOTO
  • Nazirlik şəhidlərin məktəbli övladlarını ziyarət etdi- FOTO