Bu gün Fransada Avropa çempionatının ilk 1/8 final matçı keçirilib.
Unikal.org xəbər verir ki, İsveçrə və Polşa komandalarının qarşılaşmasında əsas vaxt 1:1 hesabı ilə başa çatıb.
Matça əlavə olunan 30 dəqiqədə də qol vurulmadığı üçün, qalib penalti seriyalarından sonra müəyyənləşib. Burada isə Polşa komandası daha dəqiq oynayıb (5:4) və adını ¼ finala yazdırıb.
Polşa 1/4 final mərhələsində Portuqaliya-Xorvatiya matçının qalibi ilə qarşılaşacaq.