21 Oktyabr 2019
20 Oktyabr 2019
Neftimiz neçəyədir?
Neftimiz neçəyədir? İQTİSADİYYAT 23:36 2019-09-11

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 10-da 67,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,41 dollar/barel çoxdur.

Unikal.org  xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,01 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,63 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,58 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,72 dollar/barel çoxdur.