Bu gün saat 03:40 radələrində Bakı- Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində hərəkətdə ikən qatarda texniki nasazlıq yaranıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Unikal.org-a verilən məlumata görə, nasazlıq aradan qaldırılandan sonra qatar təyinatı üzrə yola salınıb. Nasazlığın başvermə səbəbləri araşdırılır.

Hadisə nəticəsində qatarın hərəkətində 1 saat 10 dəqiqə ləngimə qeydə alınıb.