16 Sentyabr 2019
Volfqanq Şoyble Azərbaycana gələcək
Volfqanq Şoyble Azərbaycana gələcək SİYASƏT 13:24 2019-09-12

Almaniya Bundestaqının (parlament) prezidenti Volfqanq Şoyblenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. 

Unikal.org-un məlumatına görə, gələn ilin əvvəlində reallaşması nəzərdə tutulan səfərin dəqiq tarixi yaxın aylarda məlum olacaq. 

Səfər zamanı V.Şoyble Bakıda bir sıra rəsmi görüşlər keçirəcək, tədbirlərə qatılacaq.