21 Noyabr 2019
Türkiyədə zəlzələ oldu
Türkiyədə zəlzələ oldu DÜNYA 14:53 2019-09-12

Türkiyənin şimal-qərbindəki Bursa vilayətində Rixter cədvəli ilə 3,2 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un məlumatına görə, yeraltı təkanlar beş kilometr dərinlikdə qeydə alınıb.

Təkanlar qonşu vilayətlərdə də hiss olunub.

Zəlzələ nəticəsində fəsad və ya itkilər qeydə alınmasa da, sakinlər arasında təşviş yaranıb.