Sumqayıtda ölüm hadisəsi baş verib 

Unikal.org xəbər verir ki, hadisə şəhərin BTZ bağları  ərazisində qeydə alınıb.  

Belə ki, 1956-cı il təvəllüdlü Babayev Mirayaz Məhərrəm oğlu həyət evində iş görərkən daş hasar onun üzərinə aşıb. O, aldığı ağır bədən xəsarətlərindən ölüb. 

Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma  aparılır.