İngiltərədə bir oğru 79 yaşlı qadının çantasını qolundan çəkərkən onun qolunu qırıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, həmin anlar tahlükəsizlik kamerası ilə lentə alınıb. Hadisə İngiltərənin Northampton şəhərində yaşanıb. Çantasını vermək istəməyən qadının oğru tərəfindən yerdə sürüklənərkən qolu qırılıb. 
Hələlik oğrunu saxlaya bilməyən polis onu tapmaq üçün görüntüləri sosial şəbəkələrdə paylaşaraq xalqdan kömək istəyib.