Sabunçu rayonunda keçmiş qohumlar arasında münaqişə yaranıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsində kişi keçmiş kürəkəni, 1991-ci il təvəllüdlü Cəfərov Ələkbər Cahangir oğlu ilə mübahisə edib. Münaqişə zəmnində Ə.Cəfərov keçmiş qaynatası tərəfindən əvvəlcə döyülüb, daha sonra əlindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Ona sol əlin kəsilmiş, belin əzilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.