Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev ilə birlikdə “Zabit Səmədov” döyüş məktəbinə baş çəkib.

Unikal.org xəbər verir ki, Leyla Əliyeva bununla bağlı “İnstagram” hesabında fotolar paylaşıb.

Görüş zamanı Leyla Əliyeva məşq prosesini izləyib, idmançılarla xatirə şəkli çəkdirib.