Türkiyədə hərbçiləri ildırım vurub.

Unikal.org xəbər verir ki, İzmirin Yenifoça məhəlləsində keçirilən hərbi təlim zamanı 7 nəfər hərbçini ildırım vurub.

Hərbçilər xəstəxanaya yerləşdirilib. Yaralılardan üç nəfərinə tibbi yardım göstərilib və onlar evə buraxılıb. Digərlərinin müalicəsi xəstəxanada davam etdirilir.