Bu gün Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov növbəti səyyar qəbul-görüşünü Hacıqabul rayonu Pirsaatçay kəndinin sakinləri ilə keçirib.

Unikal.org xəbər verir ki, rayonun Pirsaatçay kənd sakinlərinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələri rəhbərlərinin,  iştirak etdiyi qəbulda Əhməd Muxtarov respublikada aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Hacıqabul rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulayıb.

Sakinlərin onları narahat edən məsələlərlə bağlı müraciətlərini ətraflı cavablandıran Əhməd Muxtarov əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.

Qeyd olunub ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradır.

Sonda rayon icra hakimiyyətinin başçısı, sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.