Gəncədə 11 yaşlı qız anası onu döydüyü üçün evdən qaçıb.

Unikal.org  xəbər verir ki, evdən qaçan A.H-nın (ad, soyad şərti) qonşuları onun küçədə yatdığını görüb və məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə məlumat veriblər.

Araşdırma zamanı 2008-ci il təvəllüdlü qız anasının onu dəfələrlə döydüyünü və bundan bezərək evdən qaçdığını bildirib.

Daxili İşlər Nazirliyinin Gəncə Regional Mətbuat xidmətindən bildirilib ki, 11 yaşlı qızın anası tərəfindən döyüldüyü məlum olsa da onun bədənində işgəncə və xəsarət izi aşkarlanmayıb. Məsələ ilə bağlı qadının izahatı alınıb və İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə) əsasında araşdırma aparılır.

Qeyd edək ki, qadın həyat yoldaşından ayrı yaşayır.