23 Oktyabr 2019
Oğurluq edən şəxslər saxlanıldı
Oğurluq edən şəxslər saxlanıldı KRİMİNAL 15:06 2019-09-14

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini T.İsmayılovun avtomobilindən 500 manat pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Naftalan rayon sakini B.Məmmədov saxlanılıb, daha 1 nəfərin şəxsiyyəti müəyyən edilib.

DİN Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş M.Bayramovun ətrafında Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində “Mercedes” markalı avtomobildən 500 ABŞ dolları oğurlaması da müəyyən edilib.