Goranboyda “QAZel” markalı yük avtomobili ilə mikroavtobus toqquşub. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, Bakı-Qazax avtomagiatralında, Goranboy rayonunun Goran qəsəbəsi yaxınlığında iki avtomobilin toqquşması nəticəsində sürücülərdən Gəncə şəhər sakini T. Əsgərov müxtəlif bədən xəsarətləri alıb. Digər sürücü Kamil Ələsgər oğlu Ələsgərova yüngül stres diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.