22 Oktyabr 2019
21 Oktyabr 2019
Ayı İsmayıllı sakininə həyətində hücum etdi
Ayı İsmayıllı sakininə həyətində hücum etdi HADİSƏ 13:11 2019-09-15

İsmayıllı rayonunda ayı həyətə hücum edərək kənd sakinini yaralayıb.

Unikal.org APA-ya istinadən xəbər ve rir ki, hadisə rayonun Xanagah kəndində qeydə alınıb.

Kənd sakini 1950-ci il təvəllüdlü Rəsulov İsmayıl Yaqub oğlu yaşadığı evin həyətyanı sahəsində itburnu toplayarkən qəflətən ayının hücumuna məruz alıb. Göz, sifət, əl və kürək nahiyəsindən xəsarətlər alan İsmayıl Rəsulov təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. İ. Rəsulov çoxlu qan itirsə də, həkimlərin səyi nəticəsində vəziyyəti yaxşılaşıb.