“Çelsi”nin və Hollandiya millisinin sabiq futbolçusu Rud Qullit açıqlama verib.

Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, 57 yaşlı keçmiş yarımmüdafiəçi, “zadəganlar”ın hazırkı vəziyyətilə bağlı danışıb:

“Bir vaxtlar “Çelsi”də Məhəmməd Salah, Kevin de Bruyne və Romelu Lukaku kimi futbolçular vardı. Onlar heç vaxt şans qazana bilməyəcəklərini düşünürək, burdan ayrıldılar.

Məlumdur ki, indi nəticələr yaxşı deyil. Amma mənim üçün nəticəylə yanaşı, futbolçuların şəxsiyyətlərini göstərmələri də vacibdir. Sevinirəm ki, nəhayət, gənc futbolçular “Çelsi”də şans qazana bildilər. Baxmayaraq ki, bu, transfer qadağası səbəbiylə baş verdi. İndi səbirli olmalıyıq. Hazırda komandada olan futbolçuların istedadları var və Frank Lempard onlar üçün mükəmməl məşqçidir. O, bu klubu tanıyan gənc mütəxəssisdir”.