Ucarda və Şamaxıda yanğın hadisəsi olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Ucar rayonunun Şahlıq kəndində həyətyanı sahəyə yığılan 16 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şamaxı şəhərində ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və damına yığılan 10 ton ot bağlamasının 6 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.