22 Oktyabr 2019
21 Oktyabr 2019
Türkiyənin Vitse-prezidenti Azərbaycana gəldi - FOTO
Türkiyənin Vitse-prezidenti Azərbaycana gəldi -FOTO SİYASƏT 18:00 2019-09-15

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Unikal.org xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Hərbi orkestr Azərbaycan və Türkiyənin dövlət himnlərini səsləndirib.

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.


  • Türkiyənin Vitse-prezidenti Azərbaycana gəldi -FOTO