Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Müqəddəs Taxt-Taca rəsmi səfərə, ardınca İtaliya Respublikası və Macarıstana işgüzar səfərə yola düşüb.

Unikal.org xəbər verir ki, səfərlər çərçivəsində nazir Elmar Məmmədyarovun qarşı tərəfin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi, həmçinin Budapeştdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) xarici işlər nazirlərinin görüşündə və TDƏŞ Nümayəndəliyi Ofisinin açılışında iştirakı nəzərdə tutulur.