Gəncədə iri tonnajlı maşın körpüdən keçə bilmədi.

Unikal.org baku.ws-yə istinadən xəbər verir ki, hadisə Zülfü Hacıyev küçəsində, Gəncə-Samux yolunun "Sovxoz Nizami" adlanan ərazisində yerləşən körpüdə qeydə alınıb.

Avtomobil körpünün dayaqlarından keçə bilməyib. Nəticədə sözügedən avtomobil yolunda 1 saatdan artıq tıxac yaranıb.

Gəncə Dövlət Yol Polisi əməkdaşlarının köməkliyi ilə iri tonnajlı avtomobili körpüdən çıxarmaq mümkün olub və yol hərəkəti təmin edilib.