Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qax-Qıpçaq yolunun 10-cu kilometrliyində, rayonun Keşqutan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Mircəlal Kərim oğlu Nəsrullayevin idarə etdiyi 99-KX-126 dövlət qeydiyyat nişanlı, "Opel Vectra" markalı avtomobil meşə ərazisində idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.